Xəbərlər

2024-2025 tədris ilində Bakı Avrasiya Universitetinə qəbul olan tələbələrin nəzərinə!

2024-2025 tədris ilində Bakı Avrasiya Universitetinə qəbul olan tələbələrin nəzərinə!
  • 26 Aug 2024

2024/2025-ci tədris ilində bakalavriat səviyyəsinə qəbul olmuş abituriyent və subbakalavrların qeydiyyatı

Qeydiyyat 2024-cü il 28 avqust tarixdən 06 sentyabr tarixədək (saat18:00-dək) aparılır.
Qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Təhsil haqqında sənədin (orta təhsili bitirənlər üçün  tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli

Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər:

şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)

3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil

Hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti

Sağlamlıq haqqında arayış

 

Təhsil haqqının ödəniş qəbzi

Sənədlər   (tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom; hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqəsi;  təhsil haqqı ödənişi qəbzi) https://portal.edu.az/ platformasında  qeydiyyatdan keçərkən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” sistemində yüklənməlidir. Sənədlərin əsli 15 sentyabr 2024-cü il tarixədək Universitetin Qeydiyyat ofisinə verilməlidir. 

İllik təhsil haqqının 50 %-i  qeydiyyat zamanı ödənilməlidir, qalan təhsil haqqı məbləğinin ödənişinə 2024-cü ilin dekabr ayının 20-dək vaxt verilir.

Təhsil haqqı  FİN kod tələb edilən ödəniş terminallarından (FİN kodu daxil edib, qəbul olduğu ali təhsil müəssisəsini seçməklə, Təhsil xidmətləri - Ali təhsil müəssisələrinə ödəniş- FİN kod ardıcıllığı ilə ) edilməlidir.

Qeyd 1. : Təhsil haqqı ödənilərkən ödənişin təyinatında tələbənin FİN kodu, soyadı, adı və ata adı, qəbul olduğu ixtisas göstərilməlidir.

Əlavə suallarla bağlı Universitetin Qəbul Komissiyasına müraciət edə bilərsiniz.

Əlaqə nömrələri:

Filologiya və Tərcümə ixtisaslarına qəbul olanlar üçün: 099 310 14 13 (watsapp)- Səbinə Cəlilova

İqtisadiyyat yönümlü ixtisaslara qəbul olanlar üçün üçün: 099 310 14 17 (watsapp- Sitarə Vüsal

Regionşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi, İnformasiya texnologiyaları, Turizm işinin təşkili, Sosial iş ixtisaslarına qəbul olanlar üçün: 099 310 14 19 (watsapp)- Aydan Nağıyeva

Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135 A

S/№-si

İxtisasın şifri

İxtisasın adı

Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği (manatla)

əyani

qiyabi

1

050201

Beynəlxalq münasibətlər

Azərb.bölm.- 2000; ingilis bölm.-2500 

 

2

050205

Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

2000

1600

3

050205

Filologiya (türk dili və ədəbiyyatı)

2000

 

4

050205

Filologiya (ingilis dil və ədəbiyyatı)

2000

1600

5

050212

Regionşünaslıq (ABŞ və Kanada; Avropa ölkələri; Yaxın və Orta Şərq )

2200

1600

6

050215

Tərcümə (ingilis dili üzrə)

2200

 

7

050215

Tərcümə (alman dili üzrə)

1800

 

8

050215

Tərcümə (fransız dili üzrə)

1800

 

9

050215

Tərcümə (ərəb dili üzrə)

1800

 

10

050402

Biznesin idarə edilməsi

Azərb.bölm.- 2200; ingilis bölm.-2500 

1800

11

050404

Dövlət və bələdiyyə idarəetməsi

2000

 

12

050405

İqtisadiyyat

2200

 

13

050406

Maliyyə

2000

 

14

050407

Marketinq

2000

1600

15

050408

Menecment

2200

 

16

050409

Mühasibat

2000

1600

17

050616

İnformasiya texnologiyaları

2000

1600

18

050807

Sosial iş

2200

1800

19

050810

Turizm işinin təşkili

2200

1600

 

Digər Xəbərlər