- 29 Dec 2025
Bakı Avrasiya Universitetində (BAAU) 2025/2026-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına 29 dekabr 2025-ci il tarixindən start verilib. Sessiya müddətində imtahanlar yazılı, şifahi və test üsulu ilə keçirilir.
Tələbələrin bilik və bacarıqlarının obyektiv və ədalətli qiymətləndirilməsini təmin etmək məqsədilə universitetdə “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” fəaliyyət göstərir. Sessiyanın şəffaf, mütəşəkkil və yüksək akademik standartlara uyğun təşkil olunması üçün universitet rəhbərliyi tərəfindən zəruri nəzarət mexanizmləri tətbiq olunub, tələbələr üçün isə əlverişli imtahan mühiti yaradılıb.
İmtahan sessiyası müddətində şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, sessiyanın gedişində baş verən neqativ hallarla bağlı məlumat və şikayətlərin operativ qəbulu, araşdırılması və Universitet rəhbərliyinə çatdırılmasını təmin etmək üçün “Qaynar xətt” xidməti (+994 12) 564-63-67 nömrəli telefon ilə təmin edilib.
Bakı Avrasiya Universiteti olaraq tələbələrimizə imtahan sessiyasında uğurlar arzulayırıq.




