Xəbərlər

3-cü kurs tələbələri “Yaşıl Dünyanın müjdəçisi Novruz” adlı tədbir keçirib

3-cü kurs tələbələri “Yaşıl Dünyanın müjdəçisi Novruz” adlı tədbir keçirib
  • 18 Mar 2024

18 mart 2024-cü il tarixində Bakı Avrasiya Universitetinin Xarici dil və ədəbiyyat kafedrasının baş müəllimi Səidə Yusifovanın rəhbərliyi və təşkilatçılığı ilə filologiya ingilis dili və ədəbiyyatı ixtisasının 3-cü kurs tələbələri “Yaşıl Dünyanın müjdəçisi Novruz” adlı tədbir keçirib. Tədbirdə Filologiya fakültəsinin bir qrup professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Vətən uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbir tələbələrin bir-birindən maraqlı çıxışları ilə davam edib. Tələbələr Milli Bayramımız olan Novruzun adət-ənənələrini ingilis dilində müxtəlif dekorativ vasitələrin köməyi təqdim ediblər. Bir-birindən gözəl, ecazkar Milli rəqslərimizlə davam edən tədbirdə, ardınca ingilis dilində “Bəyin oğurlanması”  və “O olmasın, bu olsun” filmlərindən yer alan səhnələr tədbir iştirakçılara nümayiş etdirilib. Tədbirin sonunda Xarici dil və ədəbiyyat kafedrasının müdiri fil.ü.f.d., dos. Fatma Məcidova çıxış edərək tədbirdə əməyi keçən hər kəsi alqışlayıb və bayram münasibəti ilə hamını təbrik edib. Tədbir gözəl təəssüratlarla yadda qalıb.

Digər Xəbərlər