- 06 Mar 2026
Bakı Avrasiya Universitetində (BAAU) Həmkarlar ittifaqının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə universitet rəhbərliyi və ali təhsil müəssisəsinin xanım əməkdaşları iştirak ediblər.
Tədbiri açılış nitqi ilə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov açaraq qadınların cəmiyyətin sosial-mədəni həyatında və xüsusilə təhsil sisteminin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, universitet kollektivinin əhəmiyyətli hissəsini xanım əməkdaşlar təşkil edir və onların peşəkar fəaliyyəti ali təhsil mühitinin inkişafına mühüm töhfələr verir.
Rektor çıxışında Azərbaycan xalqının tarixən qadına və anaya yüksək ehtiram bəslədiyini diqqətə çatdırıb.
Daha sonra universitetin digər nümayəndələri çıxış edərək xanım əməkdaşları bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda BAAU rəhbərliyi universitetin bütün xanım əməkdaşlarını bir daha təbrik edərək onlara möhkəm can sağlığı, xoşbəxtlik və karyeralarında yeni nailiyyətlər arzulayıb.




