Xəbərlər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup alimi BAAU-da olub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup  alimi BAAU-da  olub
  • 30 May 2024

      Bakı Avrasiya Universitetinin Həmkarlar İttifaqı Komitəsinin dəvəti ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup  alimi Bakı Avrasiya Universitetində olub. Qonaqlar əvvəlcə BAAU-nun rekroru, professor Nazim Nüseynliyə institut alimlərinin yeni nəşrlərini təqdim ediblər.

      Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Kitabxanasının müdiri Sevil Zülfüqarova, Kompüter Dilçiliyi şöbəsinin müdiri prof. Məsud Mahmudov, Toponimika şöbəsinin müdiri dos. Elçin İsmayılov və digər əməkdaşları BAAU-nun Kitabxana və İnformasiya Mərkəzi ilə tanış olublar. Bildirilib ki, universitetin ümumi kitabxana fondu mütəmadi olaraq elmi ədəbiyyatla, dövrü mətbuat və elmi nəşrlərlə təmin olunur. Qonaqlar Mahmud Kaşğarinin “Divanü lüğat –it- türk“,  Qərbi  Azərbaycan toponimlərinin həqiqətləri”, “Azərbaycan dilinin qrammatikası”adlı nəşrləri, institut alimlərinin bir sıra kitablarını  universitetin  Kitabxana və İnformasiya Mərkəzinə hədiyyə ediblər. Dilçi alimlər Bakı Avrasiya Universiteti ilə AMEA- nın Nəsimi adına Dilçilik İnstitutu arasında ikitərəfli əməkdaşlığı yüksək qiymətləndiriblər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup  alimi BAAU-da  olub

Digər Xəbərlər