- 25 Apr 2025
2025-ci il 24 aprel tarixində ABŞ-ın Kalifornia Universitetinin professoru Alison Mandaville Bakı Avrasiya Universitetində (BAAU) praktiki seminar keçib. Seminar universitetin Tərcümə kafedrasının dosenti Aynurə Hümbətovanın dəvəti ilə təşkil olunub.
Seminardan öncə prof. A.Mandaville universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva tərəfindən qəbul edilib. Görüş zamanı S.Rzayeva qonağı BAAU-da görməkdən məmnunluğunu ifadə edərək, tələbələrə keçəcəyi seminara görə təşəkkürünü bildirib.
Sonra Filologiya fakütləsinin Tərcümə (İngilis dili üzrə) ixtisasında təhsil alan tələbələrə "Tələffüz və şifahi nitq vərdişləri 1" adlı dərsində "Amerikan ədəbiyyatı" mövzusunda praktiki seminar keçib. Seminar zamanı Amerikan ədəbiyyatının müxtəlif aspektlərini, yazıçı və şairləri haqqında ətraflı məlumat verib və tələbələrə praktiki tapşırıqlar verilib.
Prof. A.Mandavelli BAAU-da olduğu müddətdə universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkil etdiyi "Azərbaycan və dünya ədəbiyyatşünaslığı: problemlər və perspektivlər" mövzusunda Respublika konfransına qatılıb. Tədbirə qatılan qonaq professor konfransın təşkilatçılarına və məruzəçilərinə uğurlar arzulayıb, həmçinin Azərbaycan və dünya ədəbiyyatşünaslığının gələcək inkişafı barədə müzakirələrə qoşulub.