- 17 Oct 2023
Bakı Biznes Universitetində Azərbaycan Rektorlar Konfransı layihəsi çərçivəsində fəaliyyət göstərən İdarə Heyətinin növbəti iclası baş tutub.
İclasda Bakı Biznes Universitetinin universitet-sənaye əməkdaşlığı şöbəsinin müdiri, layihə koordinatoru G.Bayramova, Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru E.Bayramov, Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru G.İ.İbrahimova və layihə çərçivəsində fəaliyyət göstərən komitələrin sədrləri – Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru E.B.Süleymanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru E.Aslanov, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru J. Qəribova, Dövlət Gömrük Komitəsi Akademiyasından A.Aslanlı, Bakı Biznes Universitetinin tələbələrlə iş üzrə prorektoru C. Heydarov iştirak ediblər. İclasın sədri G. Bayramova açılış nitqi ilə çıxış edərək layihənin əhəmiyyətini qeyd edib və verilən müddət ərzində qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. İclasda komitələr üzrə bugünədək icra edilən fəaliyyətlər barəsində komitə sədrləri tərəfindən hesabatlar təqdim edilib, görülən işlər müzakirə edilib, planlaşdırılan layihələr iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin ECAR layihəsi çərçivəsində təsis edilib fəaliyyət göstərəcək mətbu orqanı olan “Azərbaycan Ali təhsili” jurnalının hazırlanmasına dair geniş müzakirələr aparılıb.