Xəbərlər

“Azərbaycanda Rektorlar Konfransı’’ (ECAR) layihəsi ilə bağlı dəyirmi masa

“Azərbaycanda Rektorlar Konfransı’’ (ECAR) layihəsi ilə bağlı dəyirmi masa
  • 01 Apr 2022

Bakı Avrasiya Universitetində Avropa Komisiyasının “Erasmus +” proqramı çərçivəsində qalib gəlmiş “Azərbaycanda Rektorlar Konfransı’’ (ECAR) layihəsi ilə bağlı dəyirmi masa keçirilib. Bakı Biznes Universitetinin koordinatorluğu ilə keçirilən görüşdə BAAU-nun prorektorları prof. G.İbrahimova, fil.ü.f.d. N.Hüseynova, t.ü.f.d. Səyavuş Qasımov və fil.ü.f.d. Sevda Rzayeva iştirak edib.

Tədbirdə Rektorlar konfrasına dair nizamnamənin ilkin variantının müzakirəsi keçirilib. Həmçinin görüş zamanı Birliyin əsas məqsədləri, əmlakı və maliyyə fəaliyyətinin əsasları, təsisçiləri, tamhüquqlu və assosiativ üzvləri, tətbiq olunacaq məhdudiyyətlər, tələb edilən kriteriyalar, yeni üzvlüklə bağlı hüquq və vəzifələr, tamhüquqlu üzvlüyə xitam verilməsi, səsvermə hüquqları, ümumi yığıncağın çağırılmasına dair səlahiyyətlər, maliyyə vəziyyəti ilə bağlı məlumatlandırılmalar və cavabdeh olduqları məsələlər, Birliyin Prezidenti ilə bağlı açıqlamalar, təşkilati strukturu və idarəetmə orqanları və maliyyə məsələlərinin idarəedilməsilə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Qeyd edək ki, BAAU-nun tərəfdaş olduğu və Avropa Birliyinin maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar Konfrasının Yaradılması” layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfrasının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihə 3 il müddətində icra olunacaq.

“Azərbaycanda Rektorlar Konfransı’’ (ECAR) layihəsi ilə bağlı dəyirmi masa

Digər Xəbərlər