Xəbərlər

BAAU alimləri Türkiyədə Erasmus+ proqramında

BAAU alimləri Türkiyədə Erasmus+ proqramında
  • 05 Jun 2024

Bakı Avrasiya Unversitetinin Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova- Kekeç və Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə Erasmus+ proqramı çərçivəsində Türkiyənin Uşak Universitetində keçirilən V Beynəlxalq Həftədə (International Staff Week) iştirak ediblər. Tədbirə dünyanın 50-yə yaxın ölkəsindən 70-dən artıq alim və mütəxəssis qatılıb.

Proqram çərçivəsində BAAU-nun alimləri Uşak Universitetinin rektoru Prof. Dr. Əkrəm Savaşla görüşüblər. Universitetin Təhsil, İnsan və cəmiyyət elmləri, İncəsənət fakültələrinin dekanları, professor- müəllim heyəti ilə təhsilin mobilliyi, təhsildə yeni inkişaf meylləri problemi ətrafında işgüzar müzakirələr, təcrübə mübadiləsi aparıblar. BAAU nümayəndələri V Beynəlxalq Həftə çərçivəsində keçirilən mədəni tədbirlərdə də fəal iştirak ediblər.

Səfər zamanı alimlərimiz universitet müəllimləri və tələbələri ilə Uşak şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucalmış abidəni ziyarət ediblər.

Beynəlxalq tədbirin nəticəsi məhsuldar olub. Bakı Avrasiya Universiteti ilə Uşak Universiteti arasında Erasmus+ proqramı çərçivəsində müxtəlif ixtisaslar üzrə tələbə mübadiləsinə dair ilkin razılaşma əldə edilib.

Digər Xəbərlər