- 14 Feb 2025
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru dosent Səyavuş Qasımov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndə heyətini qəbul edib. Görüşdə BAAU-nun rektoru, Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva və Universitetin Tələbə Gənclər Təşkilatının sədri Fidan Əzizova da iştirak edib.
BAAU-nun yüksək ixtisaslı və vətənpərvər ruhda gənclərin yetişdirilməsində verdiyi töhfələrin təqdirəlayiq olduğunu bildirən ATGTİ-nin sədri Rəşad Zeynalov Universitet ilə İttifaq arasında əməkdaşlığın inkişaf etdirilməsi isitqamətində fəaliyyətlərdə maraqlı olduqlarını bildirib. Tələbə gənclərin asudə vaxtının səmərəli təşkili, elmin populyarlaşması istiqamətində forum və tədbirlər barədə məlumat verən sədr ATGTİ-nin gördüyü işlər və gələcək layihələr barədə söhbət açıb.
ATGTİ ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən S.Qasımov İttifaqın tələbələr üçün yaratdığı imkanları, təhsil və təhsildən kənar səmərəli fəaliyyətini müsbət qiymətləndirib və yeni seçilmiş sədrə fəaliyyətində uğurlar arzulayıb. Universitetin fəaliyyəti haqqında məlumat verən rektor ATGTİ-ni BAAU-nun gələcəkdə keçirəcəyi layihə və tədbirlərdə tərəfdaş olmağa dəvət edib.
Sonda rektor S.Qasımov ATGTİ-nin tərkibində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının davamlı və sistemli inkişafına verdiyi misilsiz töhfəyə görə "Yenilikçi və İnkişaf Mükafatı" təqdim edilib.