Xəbərlər

BAAU-da 10-cu Avrasiya Zirvəsi Elmi Tədqiqatlar və İnnovasiyalar Konqresinin açılışı olub

BAAU-da 10-cu Avrasiya Zirvəsi Elmi Tədqiqatlar və İnnovasiyalar Konqresinin açılışı olub
  • 17 Feb 2023

Bakı Avrasiya Universitetində 10-cu Avrasiya Zirvəsi Elmi Tədqiqatlar və İnnovasiyalar Konqresinin açılışı olub.

Tədbiri açıq elan edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova ilk öncə Türkiyədə baş verən zəlzələnin səbəb olduğu itkiləri böyük kədər hissi ilə qarşıladıqlarını bildirib, həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa diləyib. Zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Daha sonra konqres öz işinə başlayıb.

Məlumat üçün qeyd edək ki, konqresə dünyanın 28 ölkəsindən 400-dən artıq elm adamı qatılıb.18 fevral tarixinə qədər davam edəcək konqresdə 45 seksiya üzrə məqalələr dinlənilib. Qeyd edək ki, təkcə Türkiyədən 127 elm adamı konqresə qatılıb. Eyni zamanda, Portuqaliya, Bolqarıstan, Polşa, Səudiyyə Ərəbistanı, İraq, Serbiya, İtaliya, Sloveniya, Hindistan, Gürcüstan, Efiopiya, Rumıniya, Pakistan, Rusiya, Slovakiya, Əlcəzair, Mərakeş və Özbəkistandan da nümayəndələr tədbirdə iştirak edir.

Digər Xəbərlər