Xəbərlər

BAAU-da “20 Fevral - Dünya Sosial Ədalət günüdür” mövzusunda tədbir keçirilib

BAAU-da “20 Fevral - Dünya Sosial Ədalət günüdür” mövzusunda tədbir keçirilib
  • 21 Feb 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Humanitar fənlər və regionşünaslıq kafedrasının təşkilatçılığı ilə  Ümumdünya Sosial Ədalət Gününə (World Day of Social Justice) həsr olunmuş “20 fevral -Dünya Sosial Ədalət günüdür” mövzusunda tədbir keçirilib. Tədbirdə BAAU-nun Regionşünaslıq fakültəsinin akademik-inzibati heyəti, tələbələr iştirak edib.
Tədbirdə Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, dos. Mütəllim Rəhimov və Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, dos. Aybəniz Rüstəmova çıxışlarında sosial ədalətin əhəmiyyətini vurğulayaraq, BMT-nin əsas məqsədinin hər kəs üçün sosial ədalətə nail olmaq, inkişafı təşviq etmək və insan ləyaqətini qorumaqdan ibarət olduğunu qeyd etdilər. 2009-cu ildə fəaliyyətə başlayan Sosial Müdafiə Təşəbbüs Platformasının sosial zəmanət təmin etmək naminə ümumi prioritetləri müəyyənləşdirdiyini bildirən çıxışçılar, sosial ədalətin müxtəlifliyə hörmət, sosial müdafiə dəyərləri və iş yerləri də daxil olmaqla, həyatın bütün sahələrində insan hüquqlarının qorunması prinsipi üzərində qurulduğunu vurğulayıblar.
Sonra, Humanitar fənlər və  regionşünaslıq kafedrasının dosenti Səyyad Məcidov çıxışında bütün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da Ümumdünya Sosial Ədalət Gününün qeyd olunması, sosial ədalətə nail olmaqda ölkəmizdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O, qeyd edib ki, ölkəmizin maliyyə imkanlarının artması regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşmasına səbəb olub. S.Məcidov bildirib ki, Azərbaycanda aparılan dərin islahatlar iqtisadi və sosial sahədə, eləcə də struktur islahatları vətəndaşların məmnunluğuna səbəb olub.
Tədbirdə kafedranın “Sosial iş” ixtisasının fənn müəllimləri və tələbələr Ümumdünya Sosial Ədalət Günü ilə bağlı çıxışlar edilib, sosial ədalət anlayışının məzmununun məhkum və islaha cəlb olunmuş insanların aspektindən təhlili, həssas təbəqənin, diskriminasiyaya məruz qalan insanların, xüsusilə, əlilliyi olan şəxslərin cəmiyyətdə qarşılaşdığı problemlərin müzakirələr aparılıb.
Qeyd edək ki, BAAU-da Dayanıqlı İnkişaf Məqsədlərinin təhsilalanlar arasında təbliğinə xüsusi önəm verilir və bu istiqamətdə maarifləndirici tədbirlərin təşkili daim diqqət mərkəzində saxlanılır.

Digər Xəbərlər