- 29 Dec 2024
Bakı Avrasiya Universitetində (BAAU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb.
29 dekabr 2024-cü il tarixində start götürən sessiya 2025-ci ilin 1 fevral tarixinədək davam edəcək. Bu müddət ərzində 3570-dən çox tələbə və magistrantın imtahanlarda iştirakı nəzərdə tutulub.
İmtahanlar yazılı, şifahi və test üsulu ilə keçiriləcəkdir. Sessiyanın obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə "İmtahan Qərargahı" və "Apellyasiya Komissiyası" yaradılıb. Bundan əlavə, BAAU-nun rektoru, dosent Səyavuş Qasımov tərəfindən tələbə və magistrantların birbaşa müraciətlərini qəbul etmək üçün xüsusi “Telegram Bot” istifadəyə verilib.
Bütün imtahan verən tələbələrimizə imtahan sessiyasında uğurlar arzulayır və imtahan sessiyasında yüksək nəticələr əldə etməyinizi diləyirik.