Xəbərlər

BAAU-da 22 Mart - Ümumdünya Su Gününə həsr olunmuş tədbir keçirilib

BAAU-da 22 Mart - Ümumdünya Su Gününə həsr olunmuş tədbir keçirilib
  • 13 Mar 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Biznes və menecment kafedrasının təşkilatçılığı ilə 22 Mart - Ümumdünya Su Gününə (World Water Day) həsr edilmiş tədbir keçirilib. Tədbirdə BAAU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.
Tədbirin açılışında BAAU-nun Biznes və menecment kafedrasının müdiri, dos. Mətanət Qurbanova çıxış edərək suyun ətraf mühit və insan həyatı üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, 22 Mart tarixi 1993-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə Ümumdünya Su Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi su ehtiyatlarının qorunmasının vacibliyini vurğulamaq və ekoloji davamlılıq prinsipini təşviq etmək olduğunu diqqətə çatdırıb.
Açılış nitqindən sonra tədbirin proqramına uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq aqroekologiya və planitirovkası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Könül Qafarbəyli "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" mövzusunda təqdimatla çıxış edib. O, su ehtiyatlarının qorunması, iqlim dəyişikliyi, qlobal istiləşmə, su çatışmazlığı və ekoloji dünyagörüşün inkişaf etdirilməsi məsələlərinə toxunaraq, bu sahədə həyata keçirilən milli və beynəlxalq strategiyalardan danışıb.
Daha sonra BAAU-nun Turizm işinin təşkili ixtisasının III kurs tələbələri Fatimə Ağaliyeva, Elcan Xudiyev və Amin Səfərov "Su ehtiyatlarından istifadədə beynəlxalq təcrübə" mövzusunda təqdimatla çıxış ediblər. Tələbələr dünyada tətbiq olunan səmərəli su idarəetmə modelləri və onların Azərbaycanda tətbiq imkanları haqqında məlumat veriblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanı.
Qeyd edək ki, tədbirin mövzusu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə də birbaşa əlaqəlidir. Xüsusilə, BMT-nin 6-cı DİM (Təmiz su və sanitaraiya) və 13-cü DİM (İqlim dəyişikliyinə qarşı mübarizə) çərçivəsində su ehtiyatlarının qorunması və iqlim dəyişikliklərinə uyğunlaşma məsələləri tədbirin əsas istiqamətlərindən biri olub.

Digər Xəbərlər