Xəbərlər

BAAU-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

BAAU-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
  • 07 Mar 2025

Bakı Avrasiya Universitetində (BAAU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə BAAU-nun rəhbərliyi və bütün xanım əməkdaşları iştirak ediblər.
Tədbirin açılış nitqini BAAU-nun rektoru dos. Səyavuş Qasımov edib. O, çıxışında qadınların cəmiyyətin və təhsil sisteminin inkişafındakı əvəzolunmaz rolundan söhbət açıb. Təhsilimizin inkişafında xanımlarımızın rolu danılmaz olduğunu bildirən rektor universitetin heyətinin böyük hissəsinin xanım əməkdaşlar təşkil etdiyini diqqətə çatdırıb.
Rektor çıxışında Azərbaycan xalqının qadına və anaya verdiyi yüksək dəyəri tarixi və dini mənbələrə istinad edərək vurğulayıb. O, Peyğəmbərimizin “Cənnət anaların ayaqları altındadır” kəlamını xatırladaraq, qadının cəmiyyətdə müqəddəs mövqeyinə diqqət çəkib.
Açılış nitqindən sonra universitetin digər nümayəndələri də xanımları bayram münasibətilə təbrik ediblər.
BAAU-nun rəhbərliyi bütün xanım əməkdaşlarını bir daha təbrik edərək, onlara sağlamlıq, xoşbəxtlik, karyera yüksəlişi və uğurlar arzulayıb.

Digər Xəbərlər