- 08 Dec 2023
BAAU-da Amerikada təhsil təqaüdləri haqqında infosessiya keçirilib.
Bakı Avrasiya Universitetində “Tərcümə” kafedrasının təşkilatçılığı ilə Amerikada təhsil təqaüdləri haqqında infosessiya keçirilib.
İnfosessiyada ABŞ-ın Azərbaycandakı səfirliyinin ingilis dili üzrə proqram koordinatorları Səbinə Abdullayeva və Xanım Teyilova iştirak edib. Görüşdə, universitetin I , II kurs tələbələri GLOBAL UGRAD, SUSİ və Amerikada digər təhsil proqramları haqqında geniş məlumatlar əldə ediblər.
Daha sonra İnfosessiyada təqaüdlə bağlı video təqdimat nümayiş olunub və tələbələrin sualları cavablandırılıb.