Xəbərlər

BAAU-da AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzada həlak olan tələbənin xatirəsi anılıb

BAAU-da AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzada həlak olan tələbənin xatirəsi anılıb
  • 25 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) 25 dekabr 2024-cü il tarixində "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında baş vermiş qəzanın ildönümü və həmin faciəvi hadisə zamanı həlak olmuş universitetin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi Mahmud Tütünçiyevin xatirəsi ehtiramla yad edilib.

Anım mərasimi çərçivəsində universitet ərazisində mərhumun şəkli önünə gül dəstələri düzülüb, xatirəsinin əbədiləşdirilməsi məqsədilə ağac və gül kolları əkilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.

Bakı Avrasiya Universitetinin kollektivi qəzada həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkidən kədərləndiyini bildirir. 

Digər Xəbərlər