Xəbərlər

BAAU-da “Azərbaycanda yaşıl enerji məkanının formalaşdırılmasının aktual problemləri” mövzusunda elmi seminar keçirilib

BAAU-da “Azərbaycanda yaşıl enerji məkanının formalaşdırılmasının aktual problemləri” mövzusunda elmi seminar keçirilib
  • 26 Dec 2024

Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadiyyat və Bines və menecment kafedralarının birgə təşkilatçılığı ilə “Yaşııl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycanda yaşıl enerji məkanının formalaşdırılmasının aktual problemləri” mövzusunda elmi seminar keçirilib. Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Sərfəli və təmiz” enerji çərçivəsində keçirilən seminarda universitetin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin müəllimləri və tələbələr iştirak edib.
Seminarın açılışında çıxış edən BAAU-nun Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov Azərbaycanda yaşıl enerji məkanının formalaşdırılmasının iqtisadiyyat və ətraf mühit üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bu məsələnin yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da aktual olduğunu, yaşıl enerji sahəsinin inkişafının davamlı inkişafın təmin edilməsi və ekoloji tarazlığın qorunması baxımından vacib olduğunu bildirib.
Sonra, seminarın proqramına uyğun olaraq tələbələr təqdimatla çıxışlar ediblər. Çıxışlarda dayanıqlı enerji mənbələrinə keçid, onların iqtisadiyyata və infrastruktura inteqrasiyası ilə bağlı məsələləri geniş spektrdə təhlil edərək, ölkənin yaşıl enerji məkanına çevrilməsi üçün bu sahəyə investisiya cəlb edilməsi və dövlət dəstəyinin artırılması, yeni texnologiyaların inkişaf etdirilməsi və innovasiyaların stimullaşdırılmasının zərurəti barədə məsələlərə toxunulub.
Sonda mövzuya uyğun müzakirələr aparılıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BAAU-da mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. Universitetdə bu cür təşəbbüslərin həyata keçirilməsi dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək və ekoloji məsələlər üzrə tələbə gənclər arasında məlumatlılığı artırmaq üçün vasitə kimi qiymətləndirilir.

Digər Xəbərlər