Xəbərlər

BAAU-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş musiqili tədbir keçirilib

BAAU-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş musiqili tədbir keçirilib
  • 26 Dec 2022

Bakı Avrasiya Universitetində “Tərcümə”kafedrasının baş müəllimi Xatirə Hüseynovanın təşkilatçılığı və Tələbə Gənclər Təşkilatının (BAAU TGT) dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş musiqili tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə həmrəylik gününün yaranma tarixi ilə bağlı məlumat verilmiş və qeyd olunmuşdur ki, bu mötəbər gün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tədbirdə ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayından çıxışları dinlənilmişdir. Tələbələrin ifasında Azərbaycanı tərənnüm edən musiqilər, şeirlər səsləndirilmiş və tələbələrin ingilis dilində çıxışları dinlənilmişdir. Tədbirin sonunda təşkilatçı Xatirə Hüseynova və tədbirdə iştirak edən tədris işləri üzrə prorektor Nigar Hüseynova bayramla bağlı arzularını ifadə etmişlər. 

Digər Xəbərlər