Xəbərlər

BAAU-da ECAR layihəsi çərçivəsində növbəti məlumatlandırma günü keçirilib

BAAU-da ECAR layihəsi çərçivəsində növbəti məlumatlandırma günü keçirilib
  • 03 Mar 2023

Bakı Avrasiya Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində növbəti məlumatlandırma günü keçirilib.

Ali təhsil müəssisələrinin strateji inkişaf  problemlərinə həsr edilən tədbirdə BAAU-nun akademik və inzibati heyəti  iştirak edib. 

Bununla bağlı  Polşa Universitetlərinin Rektorlar Konfransının  ( CRASP) dəvəti ilə  bir həftəlik təlim və seminarlarda iştirak etmiş BAAU-nun Elmi işləri üzrə prorektoru, professor Gülzar İbrahimova iştirakçılara Varşava Həyat Elmləri universitetinin təşkil etdiyi strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzular haqqında ətraflı məlumat verdi. Tədbir müzakirələr və sual-cavab formasında davam edib.

Onu da qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı layihə Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. 

Digər Xəbərlər