Xəbərlər

BAAU-da Elmi Şuranın növbəti iclası keçirilib

BAAU-da Elmi Şuranın növbəti iclası keçirilib
  • 15 Jul 2022

İyulun 15-də Bakı Avrasiya Universitetində Elmi Şuranın ənənəvi növbəti iclası keçirilib. Tədbirdə gündəlikdə olan əsas məsələlər: 2021-2022-ci ilin Yaz semestrinin imtahan sessiyasının yekunları haqqında hesabat, müvafiq dövr üzrə universitetin fəaliyyətinin təhlili, akademik nailiyyətlərə görə təqaüdün müəyyənləşdirilməsi haqqında hesabatlar dinlənilib.

Elmi Şuranın iclasında həmçinin tədris prosesinin təşkili və keçirilməsində yeni mexanizmlərin tətbiqi ilə bağlı tədbirlər haqında tədris işləri üzrə prorektor fil.ü.f.d., dosent Nigar Hüseynovanın təklifləri də dinlənilib. Daxili keyfiyyət və audit sektorunun müdiri Esmira Talıbova müvafiq sektorun işi və nəticələr barədə məlumat təqdim edib.

İclasda həmçinin Tərcümə və Xarici dil və ədəbiyyatı kafedralarının ingilis dili müəllimləri üçün Bakı Amerika mərkəzinin dəstəyi ilə TESOL, kommunikasiya və mədəniyyətlərarası anlaşma sahəsində 30 illik təcrübəyə malik peşəkar təlimçi Uilyam Kennedi tərəfindən onlayn formada keçirilən 9 həftəlik peşəkar inkişaf təlimləri ilə bağlı da məlumatlar dinlənilib. İclasda qarşıda duran digər cari məsələlər barədə məlumatlar dinlənilib.

Digər Xəbərlər