Xəbərlər

BAAU-da fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi üzrə iclas keçirilib

BAAU-da fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi üzrə iclas keçirilib
  • 07 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Xarici dil və ədəbiyyat kafedrası “Fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi” mövzusunda iclas keçirib. 

Tədbirdə universitetin akademik-inzibati heyəti, tələbələri və məzunları iştirak ediblər.

İclasın açılışında çıxış edən kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Fatma Məcidova fənn proqramlarının yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi işçisi Mərcan Sofiyeva, həmin institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi Leyla Həsənzadə, Azərbaycan Kooperasiya Universitetinin Tərcümə kafedrasının müəllimi Şəfa Abdullayeva və Azərbaycan Dillər Universitetinin Leksikologiya kafedrasının müəllimi Günay Tahirzadə çıxış edərək, fənn proqramlarının müasir trendlərə uyğunlaşdırılması, interdisiplinar yanaşmaların tətbiqi və dil-ədəbiyyat sahəsində yeni metodik yanaşmaların əhəmiyyətindən danışıblar.

İclasda iştirakçılar fənn proqramlarının tədrisdə tətbiqi, məzmunun aktuallığı və tələbə yönümlü yanaşmalarla bağlı təkliflər irəli sürüblər. Müzakirələr zamanı bir sıra konkret tövsiyələr səsləndirilib və proqramların təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər