Xəbərlər

BAAU-da FHN-nin yaradılması günü münasibətilə tədbir keçirilib

BAAU-da FHN-nin yaradılması günü münasibətilə tədbir keçirilib
  • 15 Dec 2023

Bakı Avrasiya Universitetində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “Mülki müdafiə” fənninin müəllimi Əfqan Zahirov və universitetin Mülki müdafiə qərargahının rəisi Nizami Nağıyev tələbələrə və tədbir iştirakçılarına FHN-nin yaradılması, onun fəaliyyəti barədə ətraflı məlumat veriblər. Əfqan Zahirov Türkiyə, İran, Pakistan, İsrail və Rusiya Federasiyasında baş verən fövqəladə halların nəticələrinin aradan qaldırılmasında FHN-nin şəxsi heyətinin fədakarlığı haqqında geniş çıxış edib. “Regionşünaslıq və iqtisadiyyat”fakultəsinin “Humanitar fənlər və regionşünaslıq” kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə eyni zamanda FHN-nin fəaliyyəti ilə bağlı film nümayiş etdirilib, tələbələri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

Digər Xəbərlər