Xəbərlər

BAAU-da “Hər şey Vətən üçün!” adlı tədbir keçirilib

BAAU-da “Hər şey Vətən üçün!” adlı tədbir keçirilib
  • 08 Nov 2024

Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri Dilçilik və Türk Dilləri kafedrasının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Hər şey Vətən üçün!” adlı tədbir keçirilib. Tədbirdə universitetin Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
BAAU-nun Nəzəri Dilçilik və Türk Dilləri kafedrasının müdiri, dos. Zəminə Rüstəmbəyli açılış nitqi ilə çıxış edərək tələbələrə bu günün əhəmiyyətindən bəhs edərək, həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsinin tarixi şəraiti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevdən miras qalan dövlətçilik siyasəti və qətiyyətli iradəsi ilə qurulan Azərbaycan Ordusunun qazandığı qələbədən söz açıb.
Açılış nitqindən sonra Zəfər Gününə həsr edilmiş və BAAU-nun şəhidləri haqqında video-çarx nümayiş etdirilib
Tədbirin proqramına uyğun olaraq BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə, həmin kafedranın əməkdaşı və şəhid Vüqar Şıxıyevin bacısı İlhamə Şıxıyeva, Tədrisin Təşkili Departameninin rəhbəri Natella Quliyeva, universitetin əməkdaşlarından Aytən Abbasova və Əfsanə Nağıyeva çıxışlar edib. Çıxışlarda Qarabağ hadisələrinin başlanğıcı, gənclərin vətənpərvər ruhda tərbiyəsindən, Vətən Müharibəsində əldə edilən zəfərin mahiyyətindən bəhs edilib.
Tədbir tələbələrin ifasında şeir və mahnılardan ibarət bədii hissə ilə davam edib.
Sonda, BAAU-nun məzunu, Vətən Müharibəsi qazisi Balamirzə Sadayev Təşəkkürnamə ilə təltif olunub.

Digər Xəbərlər