Xəbərlər

BAAU-da “Heydər Əliyev Zirvəsi” 3-cü Beynəlxalq Elmi Araşdırmalar Konfransı öz işinə başlayıb

BAAU-da “Heydər Əliyev Zirvəsi” 3-cü Beynəlxalq Elmi Araşdırmalar Konfransı öz işinə başlayıb
  • 05 May 2023

Mayın 5-də Bakı Avrasiya Universitetinin və İKSAD İnstitutunun (Türkiyə) təşkilatçılığı ilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Zirvəsi” 3-cü Beynəlxalq Elmi Araşdırmalar Konfransı öz işinə başlayıb.

Konfransın açılış mərasimində Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç, qardaş Türkiyənin müxtəlif ali təhsil müəssisələrinin, tədqiqat institutlarının, dövlət qurumlarının nümayənədləri, ölkəmizdə fəaliyyət göstərən müxtəlif universitetlərin tədqiqatçı alimləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova konfransın əsas məqsədi, təqdim olunan araşdırmaların mahiyyəti barədə məlumat verib. O daha sonra Heydər Əliyev irsi haqqında danışaraq deyib ki, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynamışdır. Bu böyük şəxsiyyətin zəngin irsinin dərindən və hərtərəfli qaydada elmi şəkildə öyrənilməsi müstəsna əhəmiyyətə malikdir.

Sonra Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi liderlər var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. E.Həbibullayev bildirmişdir ki, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. 

Konfransın açılşında geniş məruzə ilə çıxış edən Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Ümummilli lider Heydər Əliyev şəxsiyyətini tarixi, mədəni, milli, siyasi aspektlərdən xarakterizə edərək ona ən yüksək qiymət verilməli olduğunu qeyd edib. Vurğulayıb ki, XX əsrdə Azərbaycan xalqının mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Azərbaycan mədəniyyəti, incəsənətinin həmişə ulu öndərimizin diqqət mərkəzində olduğunu qeyd edən S.Karakılıç bəstəkar, memar, rəssam, şair və ədiblərimizin mənəvi inkişafı və tərəqqisi üçün göstərilən qayğıdan bəhs edib.

Daha sonra Kırşehir Ahi Ervan Universitetinin dekanı, professor Ahmet Kazankaya çıxış edərək Heydər Əliyevin zəngin təcrübəsinin elmi araşdırmaya cəlb edilməsi və gələcək nəsillərə çatdırılmasından danışmışdır. 

Konfrans o öz işini müxtəlif mövzuları əks etdirən bölmələrdə davam etdirib.

Qeyd edək ki, Heydər Əliyev irsini müxtəlif aspektlərdən elmi araşdırmaya cəlb edən tədqiqatçılara öz məqalələrini altı fərqli bölmədə təqdim etmək imkanı yaradılıb.

Digər Xəbərlər