Xəbərlər

BAAU-da icbari tibbi sığorta haqqında maarifləndirici təlim keçirilib

BAAU-da icbari tibbi sığorta haqqında maarifləndirici təlim keçirilib
  • 05 Nov 2024

Bakı Avrasiya Universitetində (BAAU İcbari Tibbi Sığorta haqqında maarifləndirici təlim keçirilib.  
Tədbiri giriş nitqi ilə açan BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Sevda Rzayeva mövzunun aktuallığına diqqət çəkərək, icbari tibbi sığorta ilə bağlı əhəmiyyətli məqamları qeyd edib və çıxış üçün sözü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Bayramova verib.
F.Bayramov çıxışında İcbari tibbi sığorta sisteminin tətbiqinin məqsədi, xidmətlər zərfinə nələrin daxil olması, müraciət qaydaları və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görülən işlər barədə məlumat verib
Tədbirin əvvəlində və sonunda tələbələrin icbari tibbi sığorta haqqında biliklərini müqayisəli şəkildə yoxlamaq məqsədilə sorğu aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Digər Xəbərlər