Xəbərlər

BAAU-da “İdeyadan Startapa: Pitch deck təqdimatı” mövzusunda seminar keçirilib

BAAU-da “İdeyadan Startapa: Pitch deck təqdimatı” mövzusunda seminar keçirilib
  • 04 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Elm, innovasiya və doktorantura sektorunun təşkilatçılığı ilə “İdeyadan Startapa: Pitch deck təqdimatı” mövzusunda seminar keçirilib.

Seminarın spikeri “Yeni Fikir” MMC-nin Biznesin inkişafı və innovasiyalar üzrə direktoru Telman Mustafayev olub. O, çıxışı zamanı tələbələrə startap ideyasının formalaşdırılması, layihənin təqdimat mərhələləri və “Pitch deck” konsepsiyasının əhəmiyyəti barədə geniş məlumat verib.

Tədbirdə müasir biznes mühitində ideyaların investor qarşısında təqdim edilməsi, təqdimatın strukturu, effektiv çıxış strategiyaları və startapların maliyyə planlaşdırılması kimi məsələlər müzakirə olunub.

Telman Mustafayev qeyd edib ki, uğurlu “Pitch deck” təkcə ideyanı deyil, həm də onun həyata keçirilmə potensialını, komandanın gücünü və bazar dəyərini nümayiş etdirməlidir.

Seminar interaktiv şəkildə davam edib, iştirakçılar öz ideyalarını təqdim edərək spikerlə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda tələbələrə startapların yaradılması və inkişafı istiqamətində faydalı tövsiyələr verilib.

Bu kimi tədbirlərin keçirilməsi tələbələrin innovativ düşüncə tərzinin formalaşdırılması, sahibkarlıq bacarıqlarının artırılması və yaradıcı təşəbbüslərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər Xəbərlər