Xəbərlər

BAAU-da innovasiya üzrə mentorların seçilməsi üçün iclas keçirilib

BAAU-da innovasiya üzrə mentorların seçilməsi üçün iclas keçirilib
  • 15 Oct 2025

Bakı Avrasiya Universitetində  (BAAU) Elm, innovasiya və doktorantura sektoru kafedra müdirlərinin iştirakı ilə innovasiya sahəsində mentorların seçilməsinə həsr olunmuş iclas təşkil edib.

İclasın keçirilməsində əsas məqsəd universitetin innovasiya üzrə kadr potensialının gücləndirilməsi, tətbiqyönlü elmi-tədqiqat fəaliyyətlərinin stimullaşdırılması və bu sahədə aparıcı rol oynaya biləcək təcrübəli mentorların müəyyənləşdirilməsi olmuşdur. 

Mentorların seçilməsi tələbələrin və professor-müəllim heyətinin innovasiya yönümlü layihələrə cəlb olunması, onlara praktik biliklərin və müasir yanaşmaların ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İclas çərçivəsində aparılan elmi müzakirələr zamanı innovasiya fəaliyyətlərinin səmərəliliyinin artırılması, multidissiplinar layihələrin təşviqi və universitet daxilində innovasiya ekosistemin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Kafedra müdirləri tərəfindən innovasiya sahəsinə real töhfə verə biləcək potensial mentorların seçilməsi məqsədilə qiymətləndirmə meyarları müzakirə olunmuş və bu istiqamətdə konkret tapşırıqlar verilmişdir. 

Eyni zamanda iclasın digər mühüm məqsədlərindən biri tələbələrin layihə əsaslı öyrənmə bacarıqlarının inkişaf etdirilməsi, yüksək keyfiyyətli təlim və praktiki dəstəyin təmin olunması olmuşdur. 

Onu da əlavə edək ki, BAAU-nun innovasiya üzrə əsas istiqamətlərindən biri də elmi biliklərin kommersiyalaşdırılması və cəmiyyətin inkişafına xidmət edən tətbiqlərlə nəticələnməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Digər Xəbərlər