- 30 Oct 2025
Bakı Avrasiya Universitetində (BAAU) Elm, innovasiya və doktorantura sektorunun təşkilatçılığı ilə “İnnovativ layihə hazırlığında önəmli məqamlar” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin mentoru “Paşa Həyat Sığorta” ASC-nin əməkdaşı Xanım Paşayeva tələbələrə innovativ layihə hazırlığı zamanı yaradıcı düşüncənin əhəmiyyəti, innovativ yanaşmaların tətbiqi, məqsədyönlü planlaşdırma və layihə ideyalarının formalaşdırılması istiqamətində ətraflı məlumat təqdim edib.
Təlim zamanı mentor, iştirakçılarla innovativ layihələrin hazırlanmasında önəmli məqamlardan, yəni planlaşdırma və ehtiyacların müəyyən edilməsi, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, qarşıya çıxan əsas çətinliklər, layihə strukturunun formalaşdırılması prinsipləri və maraqlı tərəflərin seçilməsi, eləcə də praktiki təcrübələrə istinadən effektiv strategiyalar mövzularında real keyslər əsasında müzakirələr aparıb.
Təlim interaktiv formatda keçirilib, iştirakçılar mövzu ətrafında fəal müzakirələr apararaq öz ideya və təkliflərini mentorla bölüşüblər.
Qeyd edək ki, təlim Elm, innovasiya və doktorantura sektorunun tələbələrin akademik və innovativ düşüncələrin inkişafına yönəlmiş silsilə tədbirlərindən biridir.




