- 22 Oct 2025
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə “TT Technologies” şirkətinin insan resursları üzrə mütəxəssisi Lalə Cəfərlinin təqdimatında “İnsan Resurslarının (İR) əsas funksiyaları və müasir rolu” mövzusunda seminar keçirilib.
Seminarın məqsədi tələbələrin İR-nın idarəedilməsi sahəsində müasir yanaşmalar, real iş təcrübələri və bu istiqamətdə formalaşan peşəkar tələblərlə yaxından tanış olmalarını təmin etmək olub.
Seminarın spikeri Lalə Cəfərli insan resursları sahəsində beş ildən artıq peşəkar təcrübəsini tələbələrlə bölüşərək, İR sahəsinin əsas funksiyaları, bu peşənin müasir dövrdəki strateji rolu və insan kapitalının səmərəli idarə olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbir real iş mühitindən götürülmüş müxtəlif keyslər əsasında müzakirələr aparıb və İR mütəxəssisinin təşkilatdakı rolu, bu sahədə qarşıya çıxan problemlər, onların həlli yolları ətrafında fikirlər söylənilib.
Seminar interaktiv müzakirələrlə davam edib və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.




