Xəbərlər

BAAU-da “İqlim dəyişikliyi və onun sosial təsirləri”adlı seminar keçirilib

BAAU-da “İqlim dəyişikliyi və onun sosial təsirləri”adlı seminar keçirilib
  • 29 May 2024

Bakı Avrasiya Universitetində "İqlim dəyişikliyi və onun sosial təsirləri" adlı seminar keçirilib və tədbir geniş ictimaiyyət üçün açıq olub. Seminar universitetin humanitar və regionşünaslıq kafedrası tərəfindən CoP 29 çərçivəsində təşkil edilib. Açılış nitqini söyləyən Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov iqlim dəyişikliyinin yalnız ekoloji deyil, həm də iqtisadi, sosial və mədəni təsirləri, eləcə də onların aradan qaldırılması yolları haqqında danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Fəraim Əkbərov, ekologiya üzrə mütəxəssis Güləndam Şərifzadə və iqlim və ətraf mühitin idarə edilməsi üzrə mütəxəssis Ayan Şamçıyeva ekosistemlərə iqlim dəyişikliyinin təsiri və onun sosial nəticələri barədə məruzələrlə çıxış ediblər. Təqdimatlarda ekosistemlərin pozulmasının cəmiyyətə təsiri ilə bağlı su ehtiyatları, biomüxtəliflik və təbii fəlakətlərin artması kimi məsələlər müzakirə edilib. Hər bir vətəndaşın ətraf mühit problemləri ilə mübarizədəki xüsusi rolu vurğulanıb.

Seminar ictimaiyyətin iştirakı ilə qarşılıqlı fikir mübadiləsi əsasında interaktiv şəkildə keçirilib.
Növbəti seminarlardan xəbərdar olmaq üçün saytımızı və sosial media səhifələrimizi izləməyiniz yetərlidir.

Digər Xəbərlər