- 10 Dec 2025
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı ilə tələbələrin peşəkar inkişafının dəstəklənməsinə yönəlmiş “Karyerada Uğur Strategiyaları” mövzusunda seminar təşkil olunub.
Seminarın qonaq spikeri, sahə üzrə təcrübəli mütəxəssis Vüsal Sultanlı müasir əmək bazarının tələbləri, şəxsi və peşəkar inkişaf strategiyalarının formalaşdırılması, işə qəbul prosesinə hazırlıq, effektiv ünsiyyət bacarıqları və karyera planlaması kimi mövzular barədə geniş təqdimatla çıxış edib. Spiker, həmçinin real iş mühiti nümunələri əsasında tələbələr üçün faydalı tövsiyələr səsləndirib.
Seminar çərçivəsində iştirakçıların sualları cavablandırılıb, karyera hədəflərinin düzgün müəyyənləşdirilməsi, rəqabətqabiliyyətli bacarıqların inkişaf etdirilməsi və əmək bazarındakı çağırışlara adaptasiya ilə bağlı aktual məsələlər müzakirə edilib.
Tədbirin sonunda tələbələrə peşəkar inkişafda ardıcıllığın, özünüinkişafın və praktiki təcrübənin vacibliyi bir daha vurğulanıb.




