Xəbərlər

BAAU-da “Keyfiyyət təminatı sistemində vəzifə və öhdəliklər” tələbə elmi konfransı

BAAU-da “Keyfiyyət təminatı sistemində vəzifə və öhdəliklər” tələbə elmi konfransı
  • 22 Dec 2022

Bakı Avrasiya Universitetində Tələbə Elmi Cəmiyyəti, Daxili keyfiyyət təminatı və Audit sektorunun təşəbbüsü ilə “Keyfiyyət təminatı sistemində vəzifə və öhdəliklər” adlı Respublika tələbə elmi konfransı keçirilmişdir. Konfransın əsas məqsədi  tələbələrin ali təhsil müəssisələrində mövcud olan keyfiyyət təminatı sistemi haqqında məlumatlandırılması və  keyfiyyət mədəniyyətinin formalaşdırılmasından ibarət idi.

Tədbirdə açılış nitqi ilə çıxış  edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin zəruriliyinə diqqət çəkərək, tələbələrə gələcək təhsil həyatlarında uğurlar arzuladı.

Bakı Avrasiya Universitetinin Tədrisin təşkili departamentinin rəhbəri, prof. Mənsim Məmmədov iştirakçıları salamlayaraq onlara təhsil həyatında elmi fəaliyyətin önəmindən söz açdı.

Daha sonra Daxili keyfiyyət təminatı və audit sektorunun müdiri Talıbova Esmira Keyfiyyət təminatı adlı təqdimatla çıxış edərək sözü konfrans iştirakçılarına verdi.

Konfransın 2-ci hissəsində müxtəlif ali təhsil müəssisələrindən olan  32 gənc tədqiqatçının məruzələri dinlənildi və konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edildi.

Digər Xəbərlər