- 08 Apr 2025
Bakı Avrasiya Universitetində (BAAU) baş tutan Mini-Startup Programında iştirak edən tələbələr öz yaradıcı və innovativ ideyalarını təqdim etmək üçün “Demo Day” tədbiri keçirilib.
Tədbirdə tələbələr komandalar şəklində iştirak edərək öz startap ideyalarını iştirakçılara təqdim ediblər.
1 ay davam edən təlim proqramının sonunda tələbələri qiymətləndirən “Hirpo” Startapnın həmtəsisçisi və “Divida Angel Cluk”un qurucu partnyoru Mübariz Şahbazlı və BAAU-nun İnnovasiya sektorunun müdiri Kamran Qasımov startap ideyalarla bağlı öz tövsiyə və təkliflərini bildiriblər.
Qeyd edək ki, İnnovasiya sektorunun təşkilatçılığı ilə keçirilən 3 aylıq Mini-Startup" Proqramı çərçivəsində 2025-ci ilin may ayında final mərhələsi keçiriləcək. Startap ideyası qalib olan komandalara mentor və investisiya cəlbi məsələlərində dəstək göstərilməsi nəzərdə tutulub.