- 15 May 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə tanınmış psixoloq və təlimçi Vüsalə Əmiraslanovanın təqdimatında "Münasibətlərdə sərhədlər və sağlam ünsiyyət" mövzusunda seminar keçirilib.
Universitetin konfrans zalında keçirilən seminarda BAAU-nun professor-müəllim heyəti və inzibati əməkdaşları iştirak ediblər. Seminar çərçivəsində şəxsi sərhədlərin müəyyən edilməsi, effektiv ünsiyyətin prinsipləri və psixoloji sağlamlığın qorunması kimi mühüm mövzular müzakirə edilib.
Vüsalə Əmiraslanova interaktiv yanaşma ilə seminarı daha da maraqlı edib. İştirakçılar real həyat nümunələri, keyslər və praktiki məşğələlər vasitəsilə mövzunu daha dərindən mənimsəyiblər. Tədbir boyunca aktiv müzakirələr aparılıb və suallar cavablandırılıb.