Xəbərlər

BAAU-da narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

BAAU-da narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib
  • 14 May 2025

Bakı Avrasiya Universitetində (BAAU) “Narkomaniyaya qarşı maarifləndirmə” mövzusunda tədbir təşkil edilib. Tədbirdə Sağlam Addım Reabilitasiya Mərkəzinin rəhbərliyi, narkomaniyadan əziyyət çəkmiş şəxslər və universitetin tələbələri iştirak ediblər.

Tədbirin açılışında BAAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva çıxış edərək narkomaniyanın gənclər üçün yaratdığı təhlükələrdən danışıb və bu kimi maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Daha sonra Sağlam Addım Reabilitasiya Mərkəzinin müdiri Anar Əliyev narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən, rəhbərlik etdiyi mərkəzin fəaliyyəti və təqdim etdiyi reabilitasiya xidmətlərindən bəhs edib. O, gəncləri bu təhlükəli vərdişdən uzaq durmağa və sağlam həyat tərzini seçməyə çağırıb.

Tədbir çərçivəsində dəvət edilmiş qonaqlar öz təcrübələrini bölüşərək, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərə dair fikirlərini bildiriblər. Daha sonra “Narkomaniyanın yaratdığı fəsadlar” mövzusunda videoçarx nümayiş olunub.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Digər Xəbərlər