Xəbərlər

BAAU-da “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Azərbaycan Respublikasının Konstitusiyasında yerliözünüidarəetmə” mövzusunda mühazirə keçirilib

BAAU-da “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Azərbaycan Respublikasının Konstitusiyasında yerliözünüidarəetmə” mövzusunda mühazirə keçirilib
  • 26 Dec 2024

2024-cü il dekabrın 26-da Bakı Avrasiya Universitetində Elm, magistratura və doktorantura sektorunun təşkilatçılığı ilə doktorant Taleh Əliyev “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünüidarəetmə” mövzusunda mühazirə keçdi. Türkiyə Respublikasının “İstanbul Universitesi” təmsilçisi olan Taleh Əliyev dərsi onlayn formatda, "ZOOM" platforması üzərindən apardı.
Bu mühazirə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində, Bakı Avrasiya Universitetinin razılıq məktubu əsasında, proqram iştirakçılarının müqavilə öhdəliklərinin yerinə yetirilməsi planına uyğun olaraq təşkil edilmişdir. Tədbirin məqsədi doktorantların beynəlxalq təcrübələrini paylaşmaqla yanaşı, yerli hüquq sisteminə dair nəzəri və praktiki bilikləri tələbələrə çatdırmaqdan ibarət idi.
Mühazirə “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” fənni çərçivəsində baş müəllim, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənovanın rəhbərliyi ilə keçirildi. Tədbir zamanı iştirakçılar Naxçıvan Muxtar Respublikasının Konstitusiya quruluşu və yerli özünüidarəetmə institutlarının hüquqi əsasları ilə tanış oldular.

Digər Xəbərlər