Xəbərlər

BAAU-da “Nizami Gəncəvi və Ətraf Mühitin Qorunması” mövzusunda mühazirə keçirilib

BAAU-da “Nizami Gəncəvi və Ətraf Mühitin Qorunması” mövzusunda mühazirə keçirilib
  • 21 Nov 2024

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin tələbələri üçün Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi Nizami Gəncəvinin zəngin irsindən bəhs edən xüsusi mühazirə təşkil edilib. Mühazirəni Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanov keçib.
Mühazirə zamanı Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlər geniş müzakirə olunub. Professor vurğulayıb ki, Nizami Gəncəvi təbiəti Tanrının ən böyük möcüzəsi kimi təsvir edir və onun əsərlərində su, torpaq, bitkilər və heyvanlar insanın mənəvi aləminin ayrılmaz hissəsi kimi təqdim olunur.
Misal olaraq, dahi şairin "Sirlər Xəzinəsi" əsərində təbiətin qanunlarına hörmət etməyin insan həyatında balans yaratdığı göstərilir. Mahmud Allahmanov qeyd etdi ki, Nizami əsərlərində ətraf mühitin qorunmasını yalnız fiziki bir məsələ kimi deyil, həm də insanın mənəvi kamilliyinə bağlı bir borc kimi təqdim edir.
Tələbələr mühazirəni böyük maraqla izlədilər və mühazirədən sonra Nizami Gəncəvi irsində təbiətə həssas yanaşma ilə bağlı müzakirələr aparıldı. Mühazirə Nizami Gəncəvinin əsərlərini daha dərindən öyrənmək və ətraf mühitin qorunması ilə bağlı aktual məsələlərə diqqət çəkmək baxımından böyük əhəmiyyət daşıdı.

BAAU-da “Nizami Gəncəvi və Ətraf Mühitin Qorunması” mövzusunda mühazirə keçirilib

Digər Xəbərlər