Xəbərlər

BAAU-da “Peşəkar düşüncə tərzi” mövzusunda seminar keçirilib

BAAU-da “Peşəkar düşüncə tərzi” mövzusunda seminar keçirilib
  • 17 Apr 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM) təşkilatçılığı ilə “Peşəkar düşüncə tərzi” mövzusunda seminar keçirilib. Universitetin konfrans zalında keçirilən seminarda universitetin akademik-inzibati heyət üzvləri iştirak ediblər.

Seminarda təlimçi, kouç, iqtisad elmləri namizədi Cəfər İbadov təqdimatla çıxış edib. Təqdimat zamanı korporativ mühitdə işgüzar münasibətlərin qurulması, peşəkar düşüncə tərzinin formalaşdırılması və münaqişələrin həlli yolları ilə bağlı məsələlərə toxunulub, interaktiv formada, müzakirələr və praktiki tapşırıqlar vasitəsilə yeni biliklər əldə edilib. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və davamlı olması arzulanıb. 

Sonda C.İbadov BAAU-nun əməkdaşları üçün təşkil edilmiş səmərəli və faydalı seminara görə təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, BAAU KTM tərəfindən əməkdaş və təhsilalanların bilik və bacarıqlarının artırılması, fərdi inkişafı yönündə müxtəlif formatlı tədbirlərin təşkili davam etdiriləcək.

Digər Xəbərlər