- 20 Jun 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri Dilçilik və Türk Dilləri kafedrasının qiyabi doktorantı Qocayeva Nərminin “Azərbaycan dili” ixtisası üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İlkin müzakirədə kafedranın professor-müəllim heyəti, rəyçilər və elmi rəhbəri iştirak ediblər. Müzakirəyə Nəzəri Dilçilik və Türk Dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəyli sədrlik edib.
Dissertasiya işində Azərbaycan dilinin aktual problemləri elmi-metodoloji yanaşmalar əsasında araşdırılıb, mövzu üzrə əsaslandırılmış nəticələr və elmi yeniliklər irəli sürülüb.
İddiaçı tərəfindən təqdim olunan məruzədən sonra rəyçilərin fikirləri dinlənilib, dissertasiya ilə bağlı elmi irad və təkliflər səsləndirilib. Doktorant irad və suallara ətraflı cavab verib. Müzakirə, qaydalara uyğun olaraq, sual-cavab və çıxışlar mərhələsi ilə davam etdirilib.
Yekunda dissertasiya işinin elmi və praktiki əhəmiyyəti vurğulanaraq, Azərbaycan Respublikasının Ali Attestasiya Komitəsinin müvafiq tələbələrinə cavab verdiyini, iradlar və tövsiyələr nəzərə alınmaqla növbəti mərhələyə buraxılması üçün yekdilliklə müsbət qərar qəbul olunub.