Xəbərlər

BAAU-da “Qloballaşan dünyada milli dillər gənc filoloqların araşdırmalarında” adlı Respublika Tələbə Konfransı keçirilib

BAAU-da “Qloballaşan dünyada milli dillər gənc filoloqların araşdırmalarında” adlı Respublika Tələbə Konfransı keçirilib
  • 28 Apr 2025

28 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə “Qloballaşan dünyada milli dillər gənc filoloqların araşdırmalarında” adlı Respublika Tələbə Konfransı keçirilib. 

Açılış nitqini BAAU-nun Elmi işlər üzrə prorektoru prof. Gülzar İbrahimova edərək məhz tələbələr üçün təşkil olunmuş konfransın əhəmiyyətindən söhbət açaraq onlara uğurlar arzulayıb. 

Sonra, konfransın proqramına uyğun olaraq Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dos. Zəminə Rüstəmbəyli çıxış edərək qloballaşan dünyada ana dilinin qorunmasının vacibliyindən, bununla yanaşı müxtəlif xarici dilləri öyrənməklə dünyaya inteqrasiya edə bilmənin, təhsildə, tələbələrin yaxın gələcəkdə müxtəlif iş imkanlarının yaradılmasında xarici dil biliklərinin artırılmasının vacibliyindən danışıb və tələbələrə məruzələrini təqdim etməkdə uğurlar arzulayıb. 

Daha sonra, Tədrisin təşkili departamentinin rəhbəri fil.ü.f.d. Natella Quliyeva, prof. Ədalət Tahirzadə, Xəzər Universitetinin dosenti Aynur Qəzənfərqızı, prof. Elmira Məmmədova-Kekeç, fil.ü.f.d., baş müəllim İlhamə Şıxıyeva və baş müəllim Xatirə Hüseynova çıxış ediblər. 

Açılış nitqlərindən sonra plenar iclasa keçid olub. 

Dos. Z.Rüstəmbəylinin sədrliyi ilə “Əbdüləzəl Dəmirçizadə” adına salonda keçən plenar iclasda Kənan Nəzərovun “Sosial medianın dilimizə təsiri”, Sənan Hüseynovun “Azərbaycan dilinin statuslaşmasında mühüm tarixi prioritetlər və Heydər Əliyev uzaqgörənliyi” İnci Məmmədovanın “Süni intellekt və dilin gələcəyi: tərcümə, dil öyrənmə və lingvistik inkişafa təsirləri”, Ofelya Zeynalovanın “Qloballaşma dövründə ingilis dilinin həyatımızda rolu” və digər məruzələr dinlənilib. 

 Konfrans “Təhsil Banquoğlu”, “Ağamusa Axundov” və “Ferdinand de Sössür” adına salonlarda bölmə iclasları ilə davam edib. 

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər