Xəbərlər

BAAU-da "Azərbaycan və dünya ədəbiyyatşünaslığı: Problem və perspektivlər" mövzusunda Respublika Konfransı keçirilib

BAAU-da "Azərbaycan və dünya ədəbiyyatşünaslığı: Problem və perspektivlər" mövzusunda Respublika Konfransı keçirilib
  • 30 Apr 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə "Azərbaycan və dünya ədəbiyyatşünaslığı: Problem və perspektivlər" mövzusunda Respublika Konfransı keçirilib.
Konfransın açılış nitqini BAAU-nun Elmi işlər üzrə prorektoru, prof. Gülzar İbrahimova edib. İştirakçıları salamlayan prorektor Azərbaycan və dünya ədəbiyyatşünaslığının inkişafının cəmiyyətin intellektual potensialına böyük təsir göstərdiyini diqqətə çatdıraraq təşkil edilmiş konfransın əhəmiyyətini vurğulayıb. Konfransın proqramı barədə tədbir iştirakçılarını məlumatlandıran G.İbrahimova məruzəçilərə və konfransın işinə uğurlar arzulayıb.
Açılış nitqlərindən sonra çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, dos. Aygün Bağırova, BAAU-nun Filologiya fakültəsinin dekanı, dos. Salman Süleymanov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, prof. Elmira Məmmədova-Kekeç, həmin kafedranın dosenti və konfransın məsul katibi Maral Yaqubova, Kaliforniya Universitetinin ingilis dili və ədəbiyyatı kafedrasının müdiri, prof. Alison Mandaville konfransda məruzə ilə çıxış edənlərə uğurlar arzulayıblar.
Açılış nitqlərindən sonra, konfrans çərçivəsində panel və iki bölmə iclasları keçirilib.
Prof. E.Məmmədova-Kekeçin sədrliyi ilə filologiya elmləri doktoru Nəzakət Məmmədli adına salonda keçən panel iclasında AMEA-nın müxbir üzvü, prof. Tehran Əlişanoğlu “XX əsr Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyasına bəzi düzəlişlər”, Prof. Əfzələddin Əsgərov “Ədəbiyyat tarixinə etnocoğrafi yanaşma və onun nəticələri” və prof. Tahirə Məmməd “Neosufizmin nəzəri prinsipləri və yaradıcılıqda təzahürü” mövzularında məruzələrlə çıxışlar ediblər.  
Konfrans bölmə iclasları ilə davam edib.
Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzularla bağlı müzakirələr aparılıb.

Digər Xəbərlər