- 10 Apr 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə "CV, müsahibə və iş axtarışı alətləri" mövzusunda təlim keçirilib. Universitetin konfrans zalında keçirilən təlimdə BAAU-nun tələbə və magistrantları iştirak ediblər.
Tələbələrə iş dünyasında uğur qazanmaqla bağlı bacarıqları aşılamaq və onlara iş axtarışı prosesində faydalı biliklər təqdim etmək məqsədi daşıyan təlimdə insan resursları üzrə mütəxəssis, psixoloq Leyla Əsədullayeva təqdimatla çıxış edib.
Təqdimat zamanı tələbələrə CV hazırlamağın incəlikləri, müsahibəyə düzgün hazırlanma yolları və effektiv iş axtarma strategiyaları haqqında ətraflı məlumat verilib.
Təqdimatdan sonra tələbələrə praktiki tapşırıqlar verilib, fikir mübadiləsi aparılıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və davamlı olması arzulanıb.