Xəbərlər

BAAU-da "Daxili və Xarici Keyfiyyət Təminatı” mövzusunda infossesiya keçirilib

BAAU-da "Daxili və Xarici Keyfiyyət Təminatı” mövzusunda infossesiya keçirilib
  • 05 Nov 2024

Bakı Avrasiya Universitetində (BAAU) Keyfiyyət Təminatı sektoru tərəfindən "Daxili və Xarici Keyfiyyət Təminatı" mövzusunda növbəti infosesiya təşkil edilib. İnfosessiyada universitetin akademik-inzibati heyət üzvləri iştirak edib.
Tədbirin əsas məqsədi universitetin struktur rəhbərlərinin və əməkdaşlarının keyfiyyət təminatı mexanizmləri ilə bağlı məlumatlılığını artırmaq, eyni zamanda, onlara bu mexanizmlərin əhəmiyyəti və tətbiq yolları haqqında geniş məlumat verməkdir.
İnfosesiyada Keyfiyyət Təminatı sektorunun müdiri Esmira Talıbova geniş təqdimatla çıxış edərək, iştirakçılara təhsil müəssisələrinin akkreditasiya qaydalarının, ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarlarının və xüsusən də BAAU-da tətbiq edilən daxili keyfiyyət təminatı mexanizmlərinin əhəmiyyəti barədə məlumat verib.  Eyni zamanda, daxili və xarici keyfiyyət təminatının qanunvericilikdəki əsasları, onların universitetdə tətbiqi və təminatın davamlı inkişaf üçün önəmi barədə də ətraflı izahlar verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Digər Xəbərlər