Xəbərlər

BAAU-da "ƏZİZİM ŞUŞA" adlı tədbir

BAAU-da "ƏZİZİM ŞUŞA" adlı tədbir
  • 18 Nov 2022

Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması çərçivəsində Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Tərcümə kafedrası “ƏZİZİM ŞUŞA" adlı tədbir keçirib.

Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, şuşalıların yaşadıqları çətinliklər, Vətən həsrəti şeirlərlə xatırlanıb.

Tədbirdə Azərbaycanın görkəmli şairəsi, xeyirxah və mərhəmətli Xan qızı Natəvanın ermənilər tərəfindən dağıdılan el-obası, yaşadığı malikanəsi, güllələnmiş abidəsi, hətta qəbri haqqında səhnə göstərilib. “Xurşidbanu Natəvan və erməni qızı Hayqanuş ” səhnəsi maraqlı və yaddaqalan olub.

Sonda tələbələrin  ifasında “Vətəndən pay olmayır” mahnısı ifa edilib

Digər Xəbərlər