- 24 May 2024
Baki Avrasiya Universitetində “İqlim dəyişikliyi problemləri ilə bağlı məqalələrin yazılması" adlı tədbir keçirilib. Tədbir universitet və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti İqlim Dəyişmələri Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bakı Avrasiya Universitetinin İnnovasiya sektorunun mudiri Kamran Qasımov açılış nitqində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycan Respublikasında keçiriləcək COP29 Konfransının əsas məqsədlərindən və iqlim dəyişikliyinin ekosistemlərə təsirindən danışıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanovanın “İqlim məsələlərinə ümumi münasibəti və ətraf mühitə olan təsiri” mövzusunda məruzəsi dinlənilib.
Bakı Avrasiya Universitetinin Elm, magistratura və doktorantura sektorunun müdiri Vüsalə Həsənova və "Sivilizasiya" jurnalının korrektoru Vüsalə Qasımova elmi jurnalların tələbləri ve elmi məqalələrin yazılması qaydaları, elmi məqalələlərin yazılmasında yol verilən xətalar ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbir interaktiv şəkildə, qarşılıqlı fikir mübadiləsi əsasında keçib, sonda məruzəçilər tərəfindən iştirakçıların sualları cavablandırılıb.