- 23 Apr 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM) təşkilatçılığı ilə həyata keçirilən “KitabLab” layihəsinin növbəti görüşü və kitab sərgisi keçirilib.
Layihə çərçivəsində universitetin akademik-inzibati heyət üzvləri, tələbə və magistrantların iştirakı ilə yazıçı Varis Yolçuyevin oxucularla görüşü baş tutub. Görüş zamanı yazıçının yaradıcılığı, müəllifi olduğu kitablar barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüşdən sonra yazıçının müəllifi olduğu kitabların imzalanma mərasimi keçirilib.
Eyni zamanda layihə çərçivəsində BAAU-da "Xan Nəşriyyatı" kitab mağazasının kitab sərgisi təşkil edilib. Sərgidə yerli və xarici yazıçıların müəllifi olduğu bədii, psixoloji, fərdi inkişaf janrları və uşaq ədəbiyyatı ilə bağlı nəşrlər təqdim edilib.
“KitabLab” layihəsi çərçivəsində 2025-ci fevral və mart aylarında yazıçılarla görüşlər və kitab sərgiləri keçirilib. Layihənin məqsədi tələbələr arasında kitaba və mütaliəyə marağın artırılması, yazıçılarla birbşa ünsiyyət qurma imkanı yaratmaq və universitetin intellektual mühitini daha da inkişaf etdirməkdir.