Xəbərlər

BAAU-da "Sən düşüncənsən" mövzusunda seminar keçirilib

BAAU-da "Sən düşüncənsən" mövzusunda seminar keçirilib
  • 10 Mar 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Biznes və menecment kafedrasının təşkilatçılığı ilə "Sən düşüncənsən" mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirdə BAAU-nun akademik-inzibati heyəti, eləcə də Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbələri iştirak edib.
Seminarın açılış nitqi ilə çıxış edən BAAU-nun Biznes və menecment kafedrasının müdiri, dos. Mətanət Qurbanova fərdi inkişaf və pozitiv düşüncənin insan inkişafındakı rolundan söhbət açıb və seminarın keçirilməsində məqsədin tələbələrin daxili potensiallarının kəşf etmək və onu düzgün istiqamətə yönəltmək üçün müəyyən bilik və bacarıqları mənimsəmələrinə dəstək olmaq olduğunu bildirib.
Sonra Karyera və daxili bacarıqların inkişafı üzrə təlimçi Qumru Abdullayeva "Təhtəlşüurun idarəedilməsi, təhtəlşüura təsir metodları vasitəsilə fərdi inkişafın gücləndirilməsi, pozitiv psixologiyanın insan həyatına təsiri" mövzusunda geniş təqdimatla çıxış edib. Çıxış zamanı düşüncə tərzinin insanın şəxsi və peşəkar həyatına təsiri, şüuraltı inanc sistemlərinin formalaşması və onları dəyişdirmə yolları, pozitiv psixologiyanın gündəlik həyata inteqrasiyası kimi mövzulara toxunulub. Təlimçi real həyat nümunələri və praktik metodlarla iştirakçılara faydalı tövsiyələr verib.
Sonda seminar iştirakçılar arasında müzakirələrlə davam edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər