- 14 Mar 2025
Bakı Avrasiya Universitetində (BAAU) Rusiyanın bir sıra nüfuzlu şirkətlərinin nümayəndələri ilə görüş baş tutub. Görüşdən əvvəl BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva rusiyalı nümayəndə heyətini universitetlə tanış edib.
Görüş zamanı prorektor universitet haqqında geniş məlumat verərək, onun maddi-texniki bazası, müəllim-tələbə kontingenti və təhsil imkanları barədə ətraflı çıxış edib. Təqdimat görüşündə universitetin İnformasiya texnologiyaları sektorunun müdiri Tamerlan Şahbazlı və İnnovasiya sektorunun müdiri Kamran Qasımov da iştirak edib.
Sonra, Azərbaycana həyata keçirilən işgüzar görüş çərçivəsində BAAU-da olan "Profitproyekt-Plus" MMC, "42" MMC, "Neyroşəbəkələri" ASC və "ESL Soft" MMC-nin nümayəndələri təmsil etdikləri şirkətləri və məhsulları ilə bağlı təqdimatlarını təqdim ediblər. Şirkətlər tərəfindən təqdim edilən məhsullar əsasən elektron universitet idarəetməsi, süni intellekt həlləri ilə əlaqədar olub.
Görüşün sonunda əməkdaşlıq perspektivləri, innovativ layihələr və ixrac imkanlarının genişləndirilməsi ətraflı şəkildə müzakirə olunub.