Xəbərlər

BAAU-da “SDG Həftəsi” çərçivəsində dəyirmi masa keçirilib

BAAU-da “SDG Həftəsi” çərçivəsində dəyirmi masa keçirilib
  • 29 Apr 2025

2025-ci ilin 29 aprel tarixində Bakı Avrasiya Universitetinin (BAAU) Tərcümə kafedrasının təşkilatçılığı ilə keçirilən "SDG Həftəsi" çərçivəsində ikinci tədbir, 3-cü Dayanıqlı İnkişaf Məqsədi olan "Yaxşı səhiyyə və rifah"a həsr edilmiş dəyirmi masa təşkil edilib.
Dəyirmi masanın açılışında BAAU-nun Tərcümə kafedrasının müdir əvəzi, baş müəllim Nigar Əliyeva 3-cü Dayanıqlı İnkişaf Məqsədinin əhəmiyyətini vurğulayaraq tibbi tərcümənin bu məqsədlə əlaqəsini izah edib.
Açılış nitqindən sonra dəyirmi masanın proqramına uyğun olaraq SDG ilə bağlı məruzələr dinlənilib. BAAU-nun Tərcümə kafedrasının əməkdaşlarından baş müəllim Günay Xalıqova, baş müəllim Vəfa Hüseynli, müəllim İrina Eyvazova mövzuyla bağlı məruzələrlə çıxışlar ediblər. Sonra, Tərcümə ixtisasında təhsil alan tələbələrdən Fərhad Talıbov, İsmayıl İsmayılzadə və Ləman Manaflı da öz təqdimatları ilə çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan dəyirmi masanın sonunda müzakirələr aparılıb, məruzəçilər təşəkkürnamə ilə təltif ediliblər.

Digər Xəbərlər